Futbol üzrə Azərbaycan I Divizionunda IX tura bu gün keçirilən 4 oyunla start verilib. Sportnet.az-ın məlumatına görə, çempionatın lideri "Turan Tovuz" yenə xal itirib.
Bu dəfə Əsgər Abdullayevin baş məşqçi olduğu komanda İmişlidə "Mil-Muğan"ın müqavimətini qıra bilməyib.
"Mil-Muğan” - "Turan Tovuz” - 0:0
MOİK – "Bakılı” - 4:1
Qollar: Ramil Orucov, 6; 50. Cavid Muxtarzadə, 54. Anar Həsənov, 70 - Ramil Həşimzadə, 89
"Qaradağ Lökbatan” - "Şəmkir” - 1:0
Qol: Sabir Allahquliyev, 70
"Göyəzən” - "Zaqatala” - 1:3
Qollar: Zahid Sadıqov, 48 - Oruc Balaşlı, 23. Hacı Əhmədov, 27. Roini İsmayılov, 61
Turun qalan oyunları noyabrın 4-də keçiriləcək:
"Energetik” – "Rəvan”
Hakimlər: Elgün Hüseynov, Müslüm Əliyev, Rəşad Xasıyev, Teymur Fərhadov
Hakim-inspektor: Qurban Məmmədov
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00
"Səbail” – "Şahdağ”
Hakimlər: Orxan Məmmədov, Azər Əsgərov, Eyyub İbrahimov, Xəlil Xəlilov
Hakim-inspektor: Munis Abdullayev
"Bayıl Arena”, 19:00
"Ağsu” – "Şərurspor”
Hakimlər: Elvin Əsgərov, Roman Vasilyev, Vüsal Qənbərov, Ziya Nəsirov
Hakim-inspektor: Abdulla Məmmədov
Ağsu şəhər stadionu, 14:00














































































