Azərbaycan çempionatının I Divizionda oktyabr ayının ən yaxşı qolunun müəllifi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, Peşəkar Futbol Liqasının (PFL) azarkeşlər və idman jurnalistləri arasında keçirdiyi sorğunun nəticəsində qalibi müəyyənləşdirmək mümkün olmayıb.
Azarkeşlər bir, jurnalistlər digər futbolçunu oktyabr ayının ən yaxşı qolunun müəllifi hesab ediblər. Emin Mehtiyev ("Zaqatala") jurnalistlərin seçimi zamanı 40 % səs toplayıbsa, Anar Babayev ("Səbail”) azarkeşlərin səsverməsi zamanı eyni nəticəni təkrarlayıb.
Belə olan təqdirdə qaydalara əsasən PFL səsvermə hüququndan istifadə edib. Keçirilmiş daxili toplantı zamanı səslərin çoxunu E.Mehtiyev qazanıb. Beləliklə, Mehtiyev I Divizionda oktyabr ayının ən yaxşı qolunun müəllifi olub.
Futbolçuya PFL tərəfindən hazırlanmış xatirə hədiyyəsi və pul mükafatı (500 AZN) "Zaqatala”nın ev oyunlarının birində təqdim olunacaq.