1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov: "Zaqatala" Premyer Liqaya hazır deyil" - MÜSAHİBƏ
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Sportnet.az-a müsahibəsi
- "Zaqatala”nın bir neçə oyunu izləmisiniz. Ümumi fikirləriniz necədir?
- Komandaya baxsaq, görərik ki, gəncdir. Premyer Liqaya vəsiqə qazanmaq üçün oynayırlar. Son vaxtlar yaxşı təsir bağışlayırlar. Stabil çıxış edirlər.
- "Zaqatala”nın heyətində bəyəndiyiniz futbolçular var?
- Ayrılıqda ad çəkməzdim. Mübariz komandadır. Hamısı çox istəklidir. Kiminsə ayrıca adını çəkmək düzgün çıxmazdı.
- Bu komanda gələn il Premyer Liqada mübarizə apara bilərmi?
- Yox hələ. Məncə, hazır deyillər. Bir az daha güclənsələr, yaxşı olar.
- "Zaqatala”nın prezidenti Musa Qurbanov qardaşınızdır. Premyer Liqaya vəsiqə qazansalar, qardaş mübarizəsi gözlənilir...
- Qardaşlığın futbola heç bir aidiyyatı yoxdur. İdman prinsipləri hər zaman qorunub saxlanılmalıdır. Bu qarşılaşmaların bizim qardaşlığımıza təsiri olmamalıdır.
- Millidən bu nəticəni gözləyirdinizmi? "Qarabağ”ın yığmadakı futbolçularından razı qaldınızmı?
- Məğlubiyyət varsa, kimisə fərqləndirmək ya da qınamaq istəməzdim. Məğlubiyyətə hər zaman hazır olmaq lazımdır. Bu nəticəyə görə komandanın üzərinə düşməli deyilik. İstənilən komanda rəqibinə bu sayda qol vurmağa qadirdir. Ümumi turnir cədvəlinə baxsaq, hər şey qaydasındadır. Sadəcə, bir məğlubiyyətimiz var. Qarşıda çox vaxt var. Yaxşı hazırlaşmaq lazımdır.
Seymur Kərimli