1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA-nın layihəsi mükafata namizədlər arasında
AFFA tərəfindən UEFA-nın ali marketinq mükafatı olan "UEFA KİSS Marketing Awards 2016”ya təqdim olunmuş "CBC Sport” lahiyəsi ən yaxşı kommersiya tərəfdaşlığı meyarı üzrə müxtəlif milli assosiasiyalar tərəfindən təqdim olunmuş 16 layihə arasında 3 ən yaxşı layihə kimi seçilib.
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qalib layihə noyabrın 23-də Yunanıstanın paytaxtı Afinada keçiriləcək tədbir zamanı müəyyənləşdiriləcək. Seçilmiş layihələrdən digərləri Niderland Krallığı Futbol Assosiasiyası "İNG Bank" həvəskar futbol sponsorluq proqramı və Polşa Futbol Federasiyası – PZPN-in lisenziyalaşdırma proqramıdır.
Qeyd edək ki, "UEFA KİSS Marketing Awards” hər iki ildən bir keçirilir və UEFA-ya daxil olan milli assosiasiyaların marketinq sahəsində tətbiq etdiyi layihələr 5 meyar üzrə qiymətləndirilir. 2 il öncə AFFA-nın keçirdiyi "3x3 qızlar” turniri ən yaxşı kütləvi futbol layihəsi meyarı üzrə mükafatlandırılıb və layihə UEFA-nın qadın futbolu inkişafı proqramları üzrə hesabatında ən yaxşı təcrübə nümunəsi kimi göstərilib.