Türkiyənin "Trabzonspor” klubu yeni hücumçu transferi planından əl çəkmir. Sportnet.az-ın məlumatına görə, Trabzon təmsilçisi İngiltərə Premyer Liqasının təmsilçisi olan "Everton”un forvardı Umar Niasse ilə maraqlanır.
Liverpul təmsilçisi seneqallı futbolçu üçün 8 milyon avro tələb edib. Belə olan halda, "Trabzonspor”un prezidenti Muharrem Usta 26 yaşlı hücumçunu icarəyə götürməyi planlaşdırır.
Niassenin də Trabzonda oynamaq istədiyi bildirilir. "Everton”un baş məşqçisi Robert Kuman Niasseni əsas heyətdən kənarlaşdırdığı üçün o, əvəzedici heyətdə mübarizə aparır.
Qeyd edək ki, "Trabzonspor”un hücumçularından biri Azərbaycan millisinin üzvü, hələ də Super Liqada debüt etməyən Ramil Şeydayevdir. Niasse isə "İnter" və "Qəbələ"də oynamış İbrahima Niassenin kiçik qardaşıdır.