"İlk dövrədə ən cətin oyunumuzu belə bir təcrübəli kluba qarşı keçirdik".
Sportnet.az-ın Zaqatalaya ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikiləri eyniadlı komandanın baş məşqçisi Şaban Şirdanov "Ağsu"ya evdə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra bildirib.
O, 10 nəfərlə də əzmkar oynadıqlarını söyləyib: "Arzuman Nəsibovun aldıgı qırmızı vərəqə bizi cətinə saldı. Hakim o epizodda uzaqda qalmışdı. Nəticə oyuna görə oldu. Heyətimizin komplektləşdirilməsində Premyer Liqa təcrübəsi olanlardan istifadə etmişik. Onlar daha rahatdırlar. Əcnəbi futbolçumuzun ölümü də ilk həftələrdəki ugursuz çıxışımızın səbəblərindən idi. Mən hücum futbolunu sevirəm. Artıq komandadakı futbolçular bir-birinə öyrəşib. Beləliklə, daha yaxşı nəticələr əldə edirik".
Şirdanov Premyer Liqa təcrübəsi böyük olan yetirməsi Ruslan Tağızadə haqda düşüncələrini bölüşüb: "Ruslanla tez-tez danışıram. O, futbolu düz oynayır. Amma fiziki hazırlığını bir az artırmalıdır. Tağızadə sanki ikinci baharını yaşayır".
Baş məşqçi öz oyunlarını gücləndirməli olduqlarını və bütün rəqibləri ciddi qəbul etdiklərini söyləyib: "Öz oyunumuzu sərgiləməsək, uduzarıq. Oruc Balaşlı 10 yaşından mənim yanımdadır. Orucdan ən çox narazı qalan mənəm. Çünki onun potensialına yaxşı bələdəm. İndi vurduğunun iki qatını vura bilər. Onu Qurban Qurbanovla müqayisə etsəm, deyərəm ki, Qurban 15 yaşında futbola gəldi və o qədər də perspektiv vəd etmirdi. Qurban Qurbanov təkrarolunmazdır".
Şirdanovun sözlərinə görə, klub prezidenti Musa Qurbanovla işləmək həm çox rahat, həm də cox çətindir: "Asanlıqla razı qalmır. O da əvvəlki nəticələrdən çox narahat idi. "Şəmkir"lə oyundan sonra istefa vermişdim, amma qəbul edilmədi. Oyunçuların potensialını üzə cıxara bilmədiyim ücün özümü günahkar saydım".
Seymur Kərimli, Zaqatala