1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Ağsu"nun baş məşqçisi "Araz-Naxçıvan"a "ilişdi"
"Matça yaxşı başladıq. İlk dəqiqələrdən önə cıxdıq. Lakin sonradan ardıcıl səhvlərdən qol buraxdıq".
Sportnet.az-ın Zaqatalaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu "Ağsu"nun baş məşqçisi Rüfət Quliyev I divizionun XII turunun son oyununda eyniadlı yerli komandaya 1:3 hesabı ilə uduzduqları qarşılaşmadan sonra bildirib.
O, səhvləri düzəltməyə çalışacaqlarını deyib: "Hələ çempionat bitməyib. Biz gənc klubuq. 4 il ərzində medallar qazanmışıq. Lisenziya şərtlərini öz gücümüzlə yerinə yetirmək istəyirik. Əsas şərtlərdən biri müxtəlif yaş qrupu üzrə uşaq komandalarımızın olmalıdır. Hər il bir yaş qrupu artıra bilirik. Premyer Liqaya çıxmaga can atırıq. Amma ora tam hazır deyilik".
Quliyevin fikrincə, ilk növbədə, uşaq futbolunu inkişaf etdirməlidirlər: "Ağsu regionu futbol məkanı kimi tanınmır. Rayonda əsasən ağsulu və ətraf kənddə yaşayan uşaqlardan ibarət komandalar qurmuşuq. Onlar ücün avtobus da ayrılıb. Müxtəlif liqaları izləyirik".
Baş məşqçi futbolçunun daşıdığı nömrənin oynanılan mövqeyə dəxli olmadığını söyləyib: "10 nömrə"li futbolçumun bədən quruluşu elədir. Bir az artıq cəkisi var. "Neftci"nin yetirməsidir. Məcbur halda qalıb onu oynatdıq. Amma narazılıgımız yoxdur. Ola bilsin ki, "Ağsu" bir günün içində Premyer Liqaya yüksəlsin. "Araz-Naxcıvan" kimi çıxış etməkdənsə, orada daimi qalmağa çalışmaq lazımdır. Əsas məqsədimiz Ağsuda uşaq futbolunu inkişaf etdirib oyunçu yetişdirməkdir. AFFA-nın lisenziyalaşdırma meyarlarına görə Premyer Liqada iştirak edə bilmirik".
Seymur Kərimli, Zaqatala