1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Media Komitəsi jurnalistə qarşı zorakılıqla bağlı bəyanat yaydı
AFFA yanında Media Komitəsi "Futbol+" qəzetinin əməkdaşı Şəfi Şəfiyevin noyabrın 18-də "İnter Arena”da keçirilən I Divizionun "Bakılı” – "Energetik” oyunundan sonra üzləşdiyi zorakılıqla bağlı bəyanat yayıb.
Sportnet.az-ın məlumatına görə, rəsmi açıqlamada deyilir: "Qarşılaşmanın ardından paltardəyişmə otağının önündəki dəhlizdə dava-dalaşı lentə almaq istəyən "Futbol+” qəzetinin əməkdaşı Şəfi Şəfiyev zorakılığa məruz qalıb. Mingəçevir komandasının oyunçusu Tural Məmmədov boynunda Peşəkar Futbol Liqasının bu qurumun bayrağı altında keçirilən bütün yarışlara (Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, əvəzedicilərin çempionatı və 1-ci divizion) sərbəst daxil olmaq hüququ verən akkreditə vərəqinə malik, peşə vəzifələrini yerinə yetirən jurnalisti itələyib və əlindəki telefonu alaraq yerə çırpıb. AFFA yanında Media Komitəsi həmkarımıza qarşı zorakılığı qətiyyətlə pisləyir, Peşəkar Futbol Liqasından və AFFA İntizam Komitəsindən olayın hərtərəfli araşdırılmasını, günahkarın və günahkarların layiqincə cəzalandırılmasını tələb edir".