1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA danışılmış oyunlarla bağlı 24 nəfəri yarışlardan kənarlaşdırdı
AFFA İntizam Komitəsi şübhəli oyunlarla bağlı araşdırmaların yekunu olaraq, cəza tədbirləri görüb. Sportnet.az-ın məlumatına görə, qurumun rəsmi saytı vasitəsilə yayılan açıqlamada bildirilir ki, UEFA-dan və digər mənbələrdən I Divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatlar AFFA və PFL tərəfindən ciddi şəkildə araşdırılır.
Komissiyanın qərarına əsasən, "Rəvan"ın 7, "Göyəzən" və "Energetik"in 3, "Şərurspor" və "Bakılı"nın 2, "Şahdağ"ın 5 futbolçusu, eləcə də Qusar komandasının inzibatçısı ilə bir hakim bu işdə şübhəli bilindikləri üçün araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılıb.
Həmin şəxslər bunlardır:
"Şahdağ”
Kamran Ağakərimov
İqrar Səmədov
Tofiq Səfiyev
Mahiddin Ağamov
Faik Ağarəhimov
Rafael Kübərov (İnzibatçı)
"Rəvan”
Əkbər Əhmədov
Fərid Ağayev
Mirqasım Cabbarlı
Elvin Əliyev
Omid Masumi
Fərid Quliyev
Cəmşid Məhərrəmov
"Bakılı”
Bəhram Bəhramzadə
Xəzər Qəribov
"Göyəzən”
Arzuman Vəliyev
Orxan Əsgərov
Tunar Şahtaxtinski
"Energetik”
Elvin Əlizadə
Kamran Lalayev
Orxan Əlibalayev
"Şərurspor”
Mehdi Rəsulov
Samir Musayev
Hakim
Anar Niyazov
Qeyd edək ki, komissiya tərəfindən aparılan araşdırmaların nəticələri AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq və bu işdə əli olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq.