1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cəmşid Məhərrəmov: "Ləkə qalacaq axı!"
"Bu söhbəti çıxaran insanlar cavab verməlidir. Başqa nəsə deyə bilmərəm". Bunu Sportnet.az-a açıqlamasında adı danışılmış oyunlarda hallanan Azərbaycan I Divizionunda çıxış edən "Rəvan" klubunun futbolçusu Cəmşid Məhərrəmov deyib.
Yarımmüdafiəçi AFFA İntizam Komitəsi bugünkü iclasında Azərbaycanda adının nəticəsi şübhəli oyunlarda hallanan futbolçu, klub rəsmisi və bir hakimin araşdırma başa çatana qədər yarışlara buraxılmaması qərarına etiraz edib. C.Məhərrəmov bu işlərdə heç bir günahı olmadığını söyləyib: "AFFA "Rəvan"da vəziyyətin nə yerdə olduğunu yaxşı bilir. Cəmşid öz qapısına qol vurmayıb, rəqibə qol ötürməsi verməyib, qaçıram, can qoyuram. Yoxsa mənim ağlıma gəlib ki, burada Cəmşid var. İnanmıram ki, bu klubda hansısa futbolçu bir işə getsin. Siyahı ilə tanış oldum. İranlı qapıçı Omid Masuminin adını salıblar ora. Baş açmaq mümkün deyil. Avropa ölkəsində əlində dəlil olmadığı halda, futbolçunu şərləyən insanları futboldan silmək olar. Mənə təklif də olsa, belə bir iş görmərəm. Çünki bu günə qədər heç bir iş görənin qarşısında əziyyətimi itirmərəm. O ki, qaldı pula, mənə bu məsələlərlə bağlı heç bir təklif olmayıb. Çünki məni tanıyan adam o cür təkliflə qarşıma çıxa bilməz. Çünki həmin adam nə cavabı alacağını yaxşı bilir. Elvin Əliyev sağ cinah müdafiəçisidir. Onun mərkəzdə oynaması məcburiyyətdəndir. Çünki o mövqedə əllərində futbolçu yoxdur. Fərid Quliyev 2-3 oyunda meydanda olub. Hansı əsasla onun adı çəkilib? Həmin futbolçuların əksəriyyəti ehtiyyatda oturan uşaqlardır. Nə oldu, Cəmşidlə Fərid çıxdı oyun həll elədi? Cəmşidin çempionluğu da var, kuboku da var. Bu günə qədər futbola can qoyan insanı 2 dəqiqədə ləkələmək olar? Sabah hər kəs bildi ki, Cəmşid alnıaçıqdır. Amma ləkə qalacaq axı?! Qərarda var ki, bir neçə ay futboldan kənarlaşdırılır. Bu necə olacaq? Əvvəl araşdırılsın, sonra kənarlaşdırılsın. Mən bilirəm ki, bu söhbətdə təmizəm. Məni klub rəsmisi çağırıb deyə bilər ki, Cəmşid, sən bizə lazım deyilsən, vəssalam. Yoxsa federasiya hansı əsasla belə qərar verir?"
Futbolçu araşdırma bitənə qədər futboldan kənar qalması ilə bağlı da danışıb: "Azərbaycan kimi ölkədə heç bir etirazımı bildirə bilmərəm. Ümumi danışmıram. Bu cür haqsızlıqları nəzərdə tuturam. hansı ölkədə dəlil olmasa, kimisə işindən kənarlaşdırıb, şərləmək olar? Bəzi insanlar Azərbaycanı bəyənməyəndə, belə şeylərə görə bəyənmir. Haqsızlıqlar olmamalıdır. Bəziləri deyəndə ki, futbolumuz inkişafdan geri gedir, adamı qınayırlar. Niyə? Budur da! AFFA-dan bir dəfə də soruşmayıblar ki, orada nə var nə yox, klubda işlər necədir. Mən divizionu biləndən o qədər söz-söhbətlər gəzirki. Amma mən yenə də bilmədiyim şeyləri danışmaram. Bu gün hansısa səbəbdən uşaqların oyunu alınmırsa, buna başqa ad vermək olmaz. Bizim rəhbərlik hər dəfə oyunumuzu izləyir, tez-tez görüşürük. Biri desin ki, Cəmşid qaçmadı, ayağını topa qoymadı, nəsə başqa bir şey etdi. Belə şeylər düzgün deyil. Allahdan qorxmaq lazımdır".