1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Renan Silva: "Onsuz da "Kəpəz" yaxşı oynadı" - MÜSAHİBƏ
"Kəpəz"in futbolçusu Renan Silva "Neftçi"ni 2:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra brifinq keçirib. Sportnet.az-ın məlumatına görə, braziliyalı müdafiəçi Sportnet.az-ın oyunda olan əməkdaşının da sualını cavablandırıb...
- Qarşılaşmanı necə dəyərləndirərdiniz?
- Biz yüksək yerlər uğrunda mübarizə aparır, hər oyuna 3 xal üçün çıxırıq. Əsas hədəf nəticə əldə etməkdir. Bu yolda bəzən məğlubiyyətlər də olur. Elə ötən tur "Qarabağ"a uduzmuşduq. Amma bu gün "Neftçi"yə qalib gəldik. Baxmayaraq ki, çətin oyun alındı.
- Azarkeş dəstəyindən razı qaldınız?
- Normal idi. Təbii ki, hər bir azarkeş komandasının qalib gəlməsini istəyir. Biz də bunu bacardıq. Onlar isə komandamızı dəstəklədilər. İstəkləri budur ki, çoxlu kubok, mükafat qazanaq. Bundan sonra da qələbələr qazanaraq, hədəfimizə çatmağa çalışacağıq.
- Dario Frederikonun yoxluğu hiss olundu?
- Dario təəssüf ki, zədəlidir. Amma o olmadan da "Kəpəz" yaxşı oynaya bildi. Ümid edirəm ki, döndükdən və heyətdə yerini aldıqdan sonra komandamız daha yaxşı oyun sərgiləyəcək.
- Bu qələbənizi baba olan baş məşqçi Şahin Diniyevə hədiyyə saymaq olar?
- Bəli. bu qələbəmiz onun adına da sevindirici oldu.
Seymur KƏRİMLİ, Gəncə