1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Maynts"ın futbolçusu "Qəbələ" ilə matça əhəmiyyət vermir
"Sent-Etyen”lə ev matçında qalib gələcəyimizə inanırdıq. Lakin son dəqiqədə buraxdığımız qol həm bizi, həm də azarkeşləri üzdü". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan Almaniyanın "Maynts" klubunun futbolçusu Danni Latza deyib.
Komandasının turnirdə çıxışına toxunan 26 yaşlı yarımmüdafiəçi pley-offa çıxa bilməmələrindən məyusluq ifadə edib: "Nəticə etibarilə son oyunumuzu "Qəbələ”yə qarşı azarkeşlərimiz önündə keçirəcəyik. Qrupda hədəfimiz yox idi. Buna baxmayaraq, komandamız yaxşı təcrübə qazandı. Şəxsən mənim üçün Avropa Liqasında oynamaq çətin idi. Komandama kömək edə bilmədiyim üçün üzgünəm. Avroliqanı bir kənara qoyub Bundesliqaya motivasiya olmalıyıq”.
Qeyd edək ki, "Maynts” – "Qəbələ” qarşılaşması dekabrın 8-də keçiriləcək. Bu matçın nəticəsindən asılı olmayaraq, Bundesliqa təmsilçisi qrupda mübarizəni 3-cü, "qırmızı qaralar" 4-cü yerdə bitirəcək.