"Real Madrid" klubu portuqaliyalı futbolçusu Kriştianu Ronaldunun "Qızıl top"a yenidən sahibi olması haqda məlumatlanıb. Sportnet.az-ın məlumatına görə, bu, həmin mükafatı təsis edən "France Football" jurnalı tərəfindən olub.
Madrid təmsilçisi dekabrın 8-də çəkiliş qrupunun və jurnalistlərin səfəri ilə bağlı da xəbərdar edilib. Onlar mükafatın gələcək sahibindən ənənəvi müsahibə alacaq və jurnalın üz qabığına şəkil çəkdirəcək.
"Qızıl top"un qalibi rəsmən dekabrın 12-də açıqlanacaq. Bu il dünyanın ən yaxşı futbolçusuna 3 namizəd qalıb ki, bunların hamısı İspaniya Primerosunun iştirakçısı olan əcnəbi hücumçulardlr. Söhbət Ronaldu ilə yanaşı, "Barselona"dan argentinalı Lionel Messi və "Atetiko Madrid"dən fransalı Antuan Qrizmanndır.





































































