"Neftçi"nin ukraynalı yeni transferi Kirill Petrov öz məşqçilərinə güvənmir. Sportnet.az-ın məlumatına görə, Kiyev "Dinamo"sunun yetirməsi olan müdafiəçi ukraynalı mütəxəssislərə "ilişib".
Petrovun fikrincə, onların məşqçiləri Avropadakılardan nəsə faydalı şeyləri götürməyi sevmirlər: "Heç kimi qəlbinə dəymək istəmirəm, ancaq bizim məşqçilərin hamısı konspektlə işləyir. Bir-birlərindən öyrənirlər, digərlərindən öyrənmək istəmirlər. Belə götürəndə, xaricə oxumağa yollanırlar, ancaq nəticə eyni qalır, məşqləri həminki kimidir. Qaçırsan, vəssalam... Bizdə isinmə hərəkətləri qaçışla başlayır, Avropada isə ötürmə ilə. Yanaşmada fərq, bax, budur".
Qeyd edək ki, Petrovun iştirakçısı olacağı Azərbaycan Premyer Liqasında ukraynalı baş məşqçi "Qəbələ"yə rəhbərlik edən Roman Qriqoçukdur.