1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kəpəz"in qapıçısı: "Baş məşqçinin mənə şans verməməsi doğru qərardır"
"İstirahət müddətində müalicəmlə məşğul olmuşam. Diz bağlarımda problem vardı deyə günüm həkim yanında keçib. Tibb personalı ilə birlikdə zədəmin tez sağalması üçün əlimdən gələni etdim. Ayın 11-də komanda ilə məşqlərə başlaya biləcəyəm". Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in futbolçusu Davud Kərimi klub saytına açıqlamasında bildirib.
Qapıçı indi vəziyyətinin yaxşı olduğunu deyib: "Fasilə yaranmamışdan öncə uşaqlardan ayrı düşmüşdüm. İndi hər şey yaxşıdır. Müalicə prosesi ilə yanaşı, zədə imkan verdiyi qədər fərdi şəkildə məşqlər də etmişəm. Hələ dostlarla öz aramızda keçirdiyimiz oyunlarda qapıda da durmuşam. Zədəm yaxşılığa doğru gedir. Az da olsa ağrılar var, amma bu mənə qrup halında məşqlərə qoşulmağa mane olmayacaq".
Ötən mövsümün əvvəlində "Kəpəz”ə transfer olan, ancaq komandada debüt edə bilməyən qapıçı öz vaxtını gözlədiyini söyləyib: "Komandaya kim kömək edə, xeyir verə bilirsə, məşqçilər həmin futbolçuları da oynadır və düz də edirlər. Əsas olan bir oyunçunun yox, "Kəpəz”in uğurudur. Mənim oynayıb-oynamamağım önəmli deyil, əsas olan komandanın məqsədinə çatması, mövsümün sonunda Avropa Liqasına vəsiqə qazanmasıdır. İndi hamımız buna çalışırıq. İnanıram ki, çempionatın ikinci hissəsində məşqçilər korpusu mənə də güvənəcək. Həmişə oynamağa hazıram, təlim-məşq toplanışında özümü göstərməyə çalışacağam. Bunu baş məşqçimiz Şahin Diniyevə də demişəm. Seçim məşqçinindir və hələ ki, onun şans verdiyi qapıçı ümidləri doğruldur. Belə də mən seçimin düzgün olduğunu deyə bilərəm. Qismət olacaqsa, mən də heyətdə yer alacağam. Özümü heç kimdən zəif və ya güclü hesab etmirəm. Rəqabətdən də çəkinmirəm. Komandaya ehtiyatda oturmaqla yox, oynamaqla kömək etmək istəyirəm".
Qeyd edək ki, bir müddət əvvəl zədələnib. Ona dizin iç yan bağının burxulması diaqnozu qoyulub.