Türkiyə Super Liqasında II dövrəyə start verilib.
Sportnet.az-ın məlumatına görə, XVIII tur qarşılaşmasında "Bursaspor" "Adanaspor"u qəbul edib.
Bursa Böyükşəhər Bələdiyyəsinin stadionunda keçirilmiş qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazı 83 dəqiqə forma geyinib. O, 83-cü dəqiqədə yerini Sercan Yıldırıma verib. Bundan cəmi 1 dəqiqə sonra "Adanaspor" qələbə topunu vurub.
Qeyd edək ki, bu nəticədən sonra 27 xala malik "Bursaspor" 6-cı pilləyə enib. Xallarını 14-ə çatdıran "Adanaspor" isə 16-cı pilləyə yüksəlib.
Türkiyə Super Liqası, XVIII tur
20:00. "Bursaspor" - "Adanaspor" - 0:1
Qol: Maqaye Queye, 84