1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
AFFA-dan Kosovo qərarı
"Biz UEFA-nın qaydalarına uyğun olaraq, Kosovo yığması ilə həm evdə, həm də səfərdə oynayacağıq". Sportnet.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının 2019-cu il Avropa çempionatının seçmə qrup mərhələsində Kosovo yığması ilə qarşılaşma haqqında danışarkən deyib.
M.Nərimanoğlu bildirib ki, futbol idman növüdür və bunun siyasətə heç bir qarışacağı yoxdur: "UEFA da siyasi qurumu deyil, idman təşkilatıdır. Bu səbəbdən, Avropa futbol qurumunun qaydalarına əsasən, oyunlarımızı keçirəcəyik. Üstəlik Kosovo idmançıları "Bakı 2015" I Avropa Oyunlarında da iştirak edib".
Azərbaycan yığması AÇ-2019-un seçmə qrup mərhələsində Almaniya, İsrail, Norveç, İrlandiya və Kosova yığmaları ilə mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycan Kosovonu müstəqil dövlət kimi tanımır.