Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandasının sabiq baş məşqçisi Nikolay Adam Hindistanın U-17 yığmasından qovula bilər. Sportnet.az-ın "New Delhi"yə istinadən məlumatına görə, buna səbəb baş məşqçinin bəzi futbolçulara həddən artıq fiziki yüklənmə verməsidir.
4 futbolçunun valideyni Hindistan Futbol Federasiyasına şikayət edib. Məsələ ilə bağlı federasiyasının prezidenti Prafil Patel baş məşqçi ilə görüşüb. P.Patel mütəxəssisə yüklənməni azaltmağı, əks təqdirdə komandadan uzaqlaşdırlacağını bildirib. Hazırda azərbaycanlı məşqçi Etibar Hüseynov Nikolay Adamla birgə çalışır.
Ancaq federasiya yayılan məlumatları təkzib edib. Federasiya prezidenti FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə keçirilmiş turnirə komanda ilə birgə yollanıb. O, yanvarın 24-də isə baş məşqçi və komanda ilə görüşərək irəliyə addımlaqla bağlı danışıb.
Qeyd edək ki, Nikolay Adam 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi olub. O, 2015-ci ilin aprelində Hindistana yollanıb.