AZAL klubu mövsümün ikinci yarısı üçün ilkin sifariş ərizəsini Peşəkar Futbol Liqasına göndərib. Sportnet.az-ın məlumatına görə, "təyyarəçilər" hələlik 2 yeni oyunçu sifariş edib.
Bunlardan biri qapıçı Tərlan Qasımzadə, digəri isə rusiyalı yarımmüdafiəçi Arkadi Qalperindir. Əvvəllər Premyer Liqada "Xəzər Lənkəran"ın formasını geyinmiş Qasımzadənin son klubu I Divizionda mübarizə aparan "Mil-Muğan" olub. Qalperin isə ötən yay Moldova "Akademiya"sından ayrıldıqdan sonra Rusiyanın Ukraynadan qopardığı Krımın UEFA tərəfindən tanınmayan Premyer Liqasında "TSK-Tavriya"da oynayıb.
AZAL-ın sifariş ərizəsində qış fasiləsində komandadan ayrıldığı deyilən Qvanzav Məhəmmədov da yer alıb. Amma klubdan Sportnet.az-a verilən məlumata görə, Məhəmmədov transfer pəncərəsinin bağlanacağı fevralın 1-dək başqa kluba keçəcək. Əvəzində liberiyalı müdafiəçi Omeqa Alamadine Robertslə adı açıqlanmayan Fransa vətəndaşıdır.
N |
Oyunçu |
Vətəndaşlığı |
Mövqeyi |
Təvəllüdü |
|
|
|