1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Zaur Svanadze "Sumqayıt"ı asan rəqib saymır
"AFFA-nın klubumuza səlahiyyətli nümayəndə təyin etdiyi Rəmiş Malıyevlə bu həftə görüşümüz olub. Onunla komandanın hazırkı durumunu müzakirə etmişik. Mövsümün qalan hissəsində heç bir problemimizin olmayacağını bildirib".
Bunu Sportnet.az-a açıqlamasında Bakının "İnter" futbol komandasının baş məşqçisi Zaur Svanadze deyib. Gürcüstanlı mütəxəssis bildirib ki, komandanın hədəfi dəyişilməz olaraq qalır: "Bu baxımdan heç bir yenilik yoxdur. Məqsədimiz mükafatçılar sırasna düşmək və avrokuboka vəsiqə qazanmaqdır".
"İnter" fevralın 4-də Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində "Sumqayıt"ın qonağı olacaq. 59 yaşlı baş məşqçi qarşıdakı oyun üçün heyətlə bağlı problemlərinin olmadığını bildirib: "Cəzalı və ya zədəli futbolçumuz yoxdur. Bu gün son məşqimiz olacaq. "Sumqayıt"ı ilk iki dövrədə 3:1 və 2:1 hesabları ilə məğlub etsək də, bu komandanı bizim üçün asan rəqib adlandırmaq olmaz. Onlarla oyunlarımız həmişə gərgin keçib".
Qeyd edək ki, fevralın 4-də keçiriləcək "Sumqayıt" - "İnter" matçı saat 16:30-da başlayacaq.