"Uduzsaq da, futbolçularıma təşəkkür edirəm. Çalışdıq ki, müdafiədə düzgü oynayaq, top buraxmayaq. Qarşıdakı oyunlara diqqət ayırmalıyıq".
Sportnet.az-ın məlumatına görə, bunu AZAL-ın baş məşqçisi Tərlan Əhmədov "Qarabağ"a evdə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra mətbuat konfransında deyib.
46 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...
- Yeni transferlərdən razı qaldınız?
- Frank Madunun 6 kq artıq çəkisi var. Arkadi Qalperin bu gün oynasa da, optimal formada deyil. O ki qaldı Omeqaya, bu gün onun çıxışından razı qaldım.
- Sadio Tounkaranın qırmızı vərəqə aldığı epizod barədə nə deyə bilərsiz?
- Bu barədə danışmaq istəmirəm. Bununla bağlı sualı başqalarına ünvanlasanız yaxşıdır.
- Ancaq qəbul edirsiniz ki, bu epizod oyunun qırılma anı oldu?
- Bəli, bununla razıyam. Tounkaraya birinci epizodda niyə sarı vərəqə verildiyini bilmirəm. Ayağında iki dənə deşik var. O ki qaldı ikinciyə, verilibsə, bunu normal qarşılamalıyıq.
- Ancaq oyun zamanı "imkan verin, futbol oynayaq” deyə etiraz etdiniz...
- O, meydanda idi. Meydanda olan orda qalır.
- Meydanın örtüyü barədə nə deyə bilərsiniz?
- Gəlin, bu suala cavab verim və mətbuat konfransını yekunlaşdıraq. Biz oyunçulara əməkhaqqı verə bilmirksə, ot örtüyünü necə dəyişək?