1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Fariz Nəcəfov: "Qarabağ" narazılıqlarımızı öz üzərinə götürməsin" - MÜSAHİBƏ
"Gözlənildiyi kimi oyun çətin keçdi. "Neftçi" qışda heyətini bir neçə futbolçu ilə gücləndirib. Artıq komandada müsbət ab-hava var. Qələbə qazandığımıza görə sevincliyik". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Azərbaycan Premyer Liqasının XVI turunda "Neftçi" ilə oyundan (1:0) sonra deyib.
Daha sonra klub rəsmisi jurnalistlərin suallarını cavablandırıb.
- Hiss olunur ki, komandanın hücum xəttində yenə problem var. Daha bir hücumçu transfer edəcəksiniz?
- Yox. Hər il komandalarda bu problem olur. İstənilən komanda qış fasiləsindən sonra 1-2 həftə özünə gələ bilmir. Düşünürəm ki, komandamız yaxın vaxtlarda özünə gələcək. Heyətdə kifayət qədər keyfiyyətli hücumçularımız var. Mənə elə gəlir ki, oyundan-oyuna hər şey öz yerini tutacaq.
- Daniel Subotiç qayıdışını qolla qeyd etdi. Bu barədə nə deyə bilərsiniz?
- Bu bizi sevindirir. Subotiç bizdə oynayıb, potensialına bələdik və məşqçimiz də onu tanıyır. O, çox istəkli, əzmkar oyunçudur. İnanıram ki, komandanın uğurlarında böyük əməyi olacaq.
- "Qəbələ”nin vurduğu qolda oyundankənar vəziyyət olduğu görünür...
- Epizodun təkrarına baxmaq lazımdır. Eşitdim ki, oyundankənar vəziyyət var, amma baxmaq lazımdır.
- Ümumiyyətlə, hakim səhvləri çoxalıb...
- Bu barədə danışmaq istəmirəm. Çünki bu barədə dəfələrlə danışdıq, heç bir ölçü götürülmədi.
- Ən çox da "Qəbələ" hakimlikdən narazıdır...
- Biz narazı olduğumuz epizodları bildirdik, faktlarla hər şeyi ortaya qoyduq. Bunlara qiymət vermək, azarkeşlərə, jurnalistlərə qalsın. Bununla bağlı heç nə danışmaq istəmirəm.
- Son 1 həftədə "Qəbələ" və "Qarabağ" komandaları arasında "soyuq müharibə" gedir...
- Vallah, hansı müharibədən söhbət getdiyini bilmirəm. Azarkeşlər və fan-klublar arasında "soyuq müharibə" olar bilər.
- Hətta klub rəsmiləri də bu barədə danışırlar...
- Yox. "Qarabağ" bizim narazılıqlarımızı öz üzərinə götürməsin. Mən "Qarabağ"ın rəhbərliyinə, baş məşqçisinə və bütün futbolçularına inanıram. Bilirəm ki, onlar həmişə düzgün mübarizə aparırlar və axıra qədər də aparacaqlar. Bizim narazılığımız hakimlərədir. Dediyimiz sözlərin hamısı hakimlərə və onları idarə edən qurumlaradır. Birbaşa onlara etirazımızı bildiririk. (futbolxeber.az)