1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ayxan Abbasov: "Oyunçular hər epizoddan sonra danışırdı"
"Belə ağır oyundan sonra danışmaq çətindi. İlk dəqiqələrdən qırmızı vərəqə almağımız işimizi çətinə saldı. Bilirdik ki, "Kəpəz” son məğlubiyyətdən sonra bizimlə oyuna ciddi yanaşacaq. Bu matç 6 xallıq oyun idi. "Kəpəz”lə xal fərqini bir az da artırdıq. Bu komanda ilə oyun həmimşə çətin keçir. Keçən dəfəki oyunda da qırmızı vərəqələr olmuşdu. Futbolçulara, azarkeşlərə təşəkkür edirəm. Oyunçulara da komandada əzmkarlığı artırmağın lazım olduğunu demişəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Ayxan Abbasov "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra mətbuat konfransında deyib.
Gənc mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...
- İki oyun, iki qələbə...
- Bu oyun səfərdə olmalıydı. Düzü iki oyuna 6 xal fikirləşməmişdik. 4 xal planlaşdırmışdıq. Futbolçularda ardıcıl məğlubiyyətlərdən sonra psixoloji cəhətdən gərginlik yareanmışdı.
- Yeni transferlərdən razı qaldınız?
- Yeni transferləri bir qədər gec etdik. Çünki onların müqaviləsi var idi. Onları bir həftəyə seçməmişik. Bir aydı ki, onları izləyirdik. Hələ tam uyğunlaşmayblar. Bugünkü oyunlarından razı qaldım.
- Bu gün Bəxtiyar Soltanov stadionda idi. Onun komandaya qoşulması mümkündü?
- Bəlkə "Kəpəz”ə görə gəlib. Ancaq onun mövqeyində oyunçularımız var. Buna görə də onunla maraqlanmırıq.
- Bəs sizdə hansı mövqeyə oyunçu lazımdır?
- İstərdim ki, dayaq yarımmüdafiəçisi transfer edək. Çünki bu mövqedə 3 oyunçumuz var. Hansısa zədə, sarı vərəqə olsa, çətinlik çəkə bilərik.
- Bu gün oyunun "qəhərəman”ı hakim idi. Onun qərarlarıdan razı qaldınız?
- Məşqçiliyə başlayanda özümə söz vermişəm ki, hakimlik barədə danışmayacağam. Oyunun tempi çox sarı vərəqə olmasının əsas səbəbi idi. Məncə, qırmızı vərəqə haqlı idi. Fikrimcə, bu gün hakimlərin üzərinə çox düşmüşük. Hakimlər də insandırlar, səhv edə bilərlər. Oyunçular hər epizoddan sonra danışırdı. Belə olmamalıdır. Bu barədə özlərinə də demşəm.
- Bu cəhətdən Anar Nəzirov fərqlənirdi...
- Bu barədə onunla danışacağam. Qapıçı daha səbrli olmalıdı. Ancaq onun oyununda razı qaldım.
- "Zirə” və "Kəpəz” arasında nə baş verir? Ötən oyunlarda da bu cür qalmaqallar olmuşdu...
- Rəqib komandanın baş məşqçisinə hörmətim var. Ancaq meydandan kənarda "Kəpəz”lə aramızda heç bir problem yoxdu. Ola bilsin, ancaq rəqabətdən qaynaqlanır.