
"Qəbələ" klubunun müdafiəçisi Vitali Vernidub zədələnib. Sportnet.az-ın məlumatına görə, ukraynalı futbolçu Premyer Liqanın XVII turu çərçivəsində AZAI ilə ev oyununda xəsarət alıb.
Onun qarşılaşmanın 38-ci dəqiqədə rəqib futbolçu Royal Nəcəfovla top uğurunda mübarizədə ayağı burxulub. Bu səbəbdən oyunu davam etdirə bilməyib.
Venidubu 40-cı dəqiqədə Məhəmməd Mirzəbəyov əvəzləyib.