Milli komandamızın baş məşqçisi Robert Prosineçkinin sevimlisi Srjan Miyailoviç "Krılya Sovetov"a transfer olunub. Sportnet.az-ın məlumatına görə, Rusiya klubu serbiyalı yarımmüdafiəçi ilə 3.5 illik müqavilə bağlayıb.
Miyailoviç Samara təmsilçisinə son 4 mövsüm formasını geyindiyi "Kayserispor"da keçib.
Qeyd edək ki, Srjan Miyailoviç Prosineçkinin sevimlisi hesab olunur. 23 yaşlı futbolçu "Srvena Zvezda" və "Kayserispor"da millimizin baş məşqçinin rəhbərliyi altında çıxış edib.









                 





    
    
    
    
    
    
    
    





















































