1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Premyer Liqanın azərbaycanlı bombardiri
Rauf Əliyev "İnter”in yeni bombardirinə çevrilib. Sportnet.az-ın məlumatına görə, milli komandamızın da üzvü olan 28 yaşlı hücumçu cari çempionatda artıq 7-ci qolunu vurub.
Bununla da Rauf "Qəbələ”nin fransalı həmkarı Baqali Daboya çatıb. Dabo sonuncu qolunu hələ ilk dövrədə - VII turda "Qarabağ”a evdə 2:0 hesabı ilə qalib gəldikləri matçda vurub. Göründüyü kimi, Baqalinin artıq 4 aya yaxındır qol vurmaması əvvəlcə bombardirlər yarışında liderliyini xorvatiyalı komanda yoldaşı Filip Ozobi təhvil verməsi, indisə millimizin üzvünün ona çatmasına gətirib çıxarıb. Bu yerdə qeyd edək ki, 11 dəfə fərqlənən Ozobiç ən yaxın izləyiciləri olan Dabo ilə Əliyevi artıq 4 top qabaqlayır.
Raufda məhsuldarlıq qış fasiləsindən sonra yaranıb. Çünki o, mövsümün ilk yarısında cəmi 3 dəfə fərqlənmişdisə, bu il keçirilən 5 turda 4 qol vurub. Futbolçu yalnız AZAL-a səfərdə 1:0 hesabı ilə qalib gəldikləri matçda rəqib qapısına yol tapmayıb.
Əliyev eyni zamanda cari çempionatda azərbaycanlı futbolçular arasında bombardirdir. Qış fasiləsinədək bu liderlik onunla "İnter”də komanda yoldaşı olmuş, yanvarda "Neftçi”yə qayıdaraq onun kapitanı olan Ruslan Abışova məxsus idi - 5 qol.
Qeyd edək ki, Raufun cari mövsümdə ölkə kubokunda 3 dəfə fərqləndiyini də nəzərə alsaq, yubiley – 10-ci qoluna imza atıb. O, ağır zədə üzündən boşa verdiyi ötən çempionatda cəmi 1 qola imza atıb. Əliyev 2-ci ildir şərəfini qoruduğu "İnter"də qol hesabını isə 2015-ci ilin iyulun 23-də Avropa Liqasının II təsnifat mərhələsində İslandiyanın "Hafnarfyordur” klubu ilə "İnter Arena”da 2:2 hesabı ilə nəticələnən cavab matçında açıb. Həmin oyunun əlavə vaxtının elə 1-ci dəqiqəsində tarazlığı bərpa edən hücumçu bununla da tarixi qola imza tıb. Çünki bu, "İnter”in ilk dəfə avrokuboklarda 2 mərhələ keçməsi demək olub.