1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Banişevskinin doğum günündən 71 il ötür
Bu gün "Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin doğum günündən 71 il ötür.
Sportnet.az-ın məlumatına görə, 1946-cı ilin fevralın 23-də Bakıda anadan olan Banişevski "ağ-qaralar”ın heyətində (1964-1973, 1975-1978) SSRİ çempionatlarında 288 oyunda 121 qol, SSRİ kuboklarında isə 30 oyunda 15 qol vurub.
O, 1966-cı ildə "Neftçi” ilə SSRİ çempionatının, SSRİ yığması ilə dünya çempionatının bürünc, 1972-ci ildə isə Avropa çempionatının gümüş medalını qazanıb. SSRİ-nin əməkdar idman ustası, Qriqori Fedotov klubunun üzvü olan Banişevskinin məşqçilik karyerası qısa olub. O, "Neftçi”də (1981-1982) məşqçi, Mingəçevirinin "Avtomobilçi” klubunda (1984-1987), Burkina-Fasonun gənclər yığmasında (1987-1988) və "Kəpəz”də (1988) baş məşqçi kimi çalışıb. Afrika ölkəsində işlədiyi zamanı ağır xəstəliyə tutulan Banişevski 1997-ci il dekabrın 9-da ağır xəstəlikdən sonra 51 yaşında vəfat edib. Banişevski ölümündən bir il əvvəl "Şöhrət ordeni” ilə təltif olunub. "9 nömrə" hər zaman "Neftçi”yə sadiq qalıb.
Qeyd edək ki, Anatoli Banişevski 1997-ci il dekabrın 10-da dünyasını dəyişib.