
Azərbaycan Premyer Liqasının XX turunda "Zirə" ilə qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda bu gün baş məşqçi Samir Abasovun rəhbərliyi altında "Kapital Bank Arena"da növbəti məşqini keçirib.
Daha çox taktiki gedişlər üzərində qurulmuş məşq prosesinə iki tərəfli oyunla yekun vurulub.
Zədəli olan Ayaz Mehdiyev hazırlıq prosesində iştirak etməyib. Əvəzedici komandadan isə 2 futbolçu - Fərid Kərimzadə və Xaliq İbrahimov əsas komanda ilə hazırlaşıb.
Qeyd edək ki, fevralın 27-də Zirə Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq "Zirə" - "Sumqayıt" görüşü saat 18:00-da start götürəcək.