"Bursaspor" əsas komandadan kənarlaşdığı Azərbaycan milli komandasının futbolçusu Deniz Yılmazı bağışlayıb. Sportnet.az-ın məlumatına görə, hücumçumuz baş məşqçi Mutlu Topçunun raportu əsasında əfh edilərək geri qaytarılıb.
Mutlu bəzən belə şeylərin yaşandığın deyərək, "bizimki qısa sürdü" fikrini ifadə edib.
Klub rəhbərliyi baş məşqçi ilə görüşün yekununda iki futbolçu - Yılmaz kimi əsas komandadan kənarlaşdırılan Secan Yıldırımın geri qaytarılması haqda qərar qəbul edib. Hər iki hücumçu bu gün məşqdə iştirak edib: "Onların bağışlanması məsələsində ilk olaraq komandanın kapitanları ilə toplantı keçirdik. Futbolçuların özləri ilə də danışdıq. İndiki vaxtda birlik və sülh şəraitində ayırlmanın daha yaxşı olacağını, futbolçularımızın da lazımı dərs çıxardıqlarını düşünürük. Kapitanların bu haqda fikirləri məni çox təsirləndi. Yılmazla Yıldırmın bizim aramızda olması çox önəmldir. Daha yaxşı çalışaraq əvvəlki formalarını alarlar. Onlara yenidən "xoş gəldin" deyirik".
Baş məşqçi cəzalanan futbolçuların cərimələnib-cərimələnməyəcəkəri ilə bağlı qərarı rəhbərliyin verəcəyini söyləyib.