İtaliya "Fiorentina"sının 300-dək azarkeşi klubunun bazası qarşısında etiraz aksiyası keçirib.
Sportnet.az-ın "Football İtalia"ya istinadən məlumatına görə, fanatlar oyunçular, baş məşqçi Paulu Souza və klubun sahiblərinin ünvanına təhqirlər səsləndiriblər.
"Bənövşəyilər" bu həftə Avropa Liqasında, daha əvvəl isə İtaliya Kubokunda mübarizəni dayandırıb. Hazırda komanda A Seriyasında 8-ci yeri tutur.
Qeyd edək ki, "Fiorentina" "Qarabağ"la birgə yer aldığı Avroliqanın qrup mərhələsini lider kimi başa vurub. Florensiyalıların qarşısını 1/16 finalda Almaniyanın "Borussiya" (Mönhenqladbax) komandası kəsib - 1:0, 2:4.