Peşəkar Futbol Liqası Azərbaycan I Divizionunda noyabrın ən yaxşı qolunun müəllifini mükafatlandırıb.
Sportnet.az-ın məlumatına görə, bu, "Bakılı"nın futbolçusu Nurlan Məmmədzadədir. Məmmədzadə hazırda davam edən "Ağsu”- "Bakılı” görüşündən əvvəl 500 manat pul və xüsusi mükafatla təltif edilib. Mükafatı futbolçuya Peşəkar Futbol Liqasının Texniki İdman şöbəsinin rəisi Zamiq Hüseynov təqdim edib.