
"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində AZAL üzərində 1:0 hesablı qələbədən sonra matçla bağlı fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, 47 yaşlı mütəxəssis səfər oyunundan sonra təşkil edilən mətbuat konfransında qısa danışıb: "Oyunun ağır keçəcəyini bilirdik. Buna görə də matça ciddi hazırlaşmışdıq. Biz 3 xal üçün gəlmişdik, onu da qazandıq. AZAL-a da uğurlar arzulayıram".