
Azərbaycan Premyer Liqasında XX çərçivəsində keçirilən "Zirə” – "Sumqayıt” matçında (1:0) meydan sahiblərinə qələbə qazandıran yeganə qolun müəllifi Riçard Qadze jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az qanalı hücumçu ilə müsahibəni təqdim edir:
- Qol vurmağınız münasibəti ilə sizi təbrik edirik. Oyunla bağlı nə deyə bilərsiniz?
- Sizə təşəkkür edirəm. Azərbaycanda özümü evimdəki kimi hiss edirəm. "Zirə”də xoşbəxtəm. Oyun haqda fikirlərim müsbətdir. Biz çox çalışdıq. Matçda çox ciddi hazırlaşmışdıq. Həftə ərzində gərgin məşqlərimiz olmuşdu.
- Bu gün qol vuracağınızı gözləyirdiniz?
- Təbii ki, hücumçunun ilk məqsədi qol vurmaqdır. Oyundan öncə də buna ümid edirdim. Buna nail oldum və artıq Premyer Liqada 2-ci qolumu vurmaqdan məmnunam.
- Artıq Azərbaycan futboluna tam öyrəşdiyinizi söyləmək olar?
- Düşünürəm ki, peşəkar bir futbolçu hara gedirsə-getsin, özünü evindəki kimi hiss etməlidir. Burada çox rahatam. Ona görə də, uyğunlaşma tez alına bilər.
- "Zirə” azarkeşlərinin sevimlisi var idi – Nelson Bonilliya. Bu gedişlə onun yerini tuta biləcək?
- Buna mən qərar verə bilmərəm. Azarkeşlərin sevimlisinə çevrilmək hər bir hücumçunun arzusudur. Azarkeşlərə söz verə bilərəm - əlimdən gələnin daha artığın edəcəyəm. Ancaq favorit oyunçunun kimliyinə azarkeşlər qərar verəcək.
- Azərbaycanda çempionluğa hansı komanda daha layiqdir?
- Fikrimcə, "Qarabağ” və "İnter” çempionluğa daha iddialıdır. Azərbaycan Premyer Liqasında rəqabət çox güclüdür.
- Çempionatımızın səviyyəsi düşündüyünüzdən yüksədir, yoxsa əksinə?
- Bayaq da qeyd etdim, rəqabət çox güclüdür. Klubların heyətində yüksək keyfiyyətlərə malik futbolçular var. Azərbaycanda futbol sevilir.