Bakının "İnter” klubunun baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində "Qarabağ”la üzərində 1:0 hesablı qələbədən sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın matçda olan əməkdaşının məlumatına görə, 60 yaşlı gürcüstanlı mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bölüşüb. 
- Əvvəlcə cəbhədə şəhid olmuş əsgərlərə görə başsağlığı verirəm. Oyundan razı qaldım. 3 xal qazandıq. Müdafiə səhvsiz oynadı. Bunun sayəsində də qalib gəüldik. Qarşıda daha bir çətin oyun var. "Qəbələ" ilə görüşə hazırlaşacağıq.
- Mətbuatda "İnter"də maaş probleminə dair xəbərlər yer alıb. Bunun müqabilində komandanız "Qarabağ"ı udur. Nə baş verir?
- Heç nə baş vermir. Heç bir problem yoxdur. Maaşlar martın 10-na söz verilib. Həmin tarixdə də ödəniləcək. Demişdilər ki,  fevralın 28-də olacaq. Amma çatdırmadılar. İndi söz verilən tarixdə ödəniləcəyinə əminəm. Olmasa, biləcəksiniz.
- "Qarabağ"ı udmaq taktiki amillə bağlıdır, yoxsa psixoloji bir məsələdir?
- Bunu sirr saxlayaq.









                 





    
    
    
    
    
    
    
    
    





















































