Peşəkar Futbol Liqası (PFL) 4-cü dəfə I divizionda ayın ən yaxşı qolunu müəyyənləşdirəcək.
Sportnet.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, aşağı dəstədə vurulan ən yaxşı qolu (5 qol arasından) azarkeşlər, idman jurnalistləri və PFL səsvermə yolu ilə seçəcək. Azarkeşlər sayta daxil olub, ən yaxşı qolu müəyyənləşdirmək imkanına malik olacaqlar.
Azarkeşlər və jurnalistlər ayrı-ayrılıqda səsvermənin 40 faizinə sahib olacaqlar. Səsvermə zamanı hüquqların 20 faizi PFL-ə məxsusdur. Əgər səsvermə zamanı jurnalistlər bir, azarkeşlər digər futbolçunu 1-ci yerə layiq görərsə, PFL ikisi arasında seçim edib, ən yaxşını müəyyənləşdirəcək. Əgər hər iki tərəfin seçimi üst-üstə düşərsə, bu zaman PFL səsvermə hüququndan istifadə etməyəcək.
Qeyd edək ki, sorğu 7 marta qədər qüvvədə olacaq.
]