Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb.
Sportnet.az-ın məlumatına görə, 1/8 final mərhələsini adlayan İspaniyanın 3, Almaniyanın 2, İngiltərə, İtaliya və Fransanın isə bir komandasının rəqibləri müəyyənləşib.
Püşkə əsasən yarışın son qalibi "Real" "Bavariya" ilə qarşılaşacaq. Son finalçı "Atletiko"nun qismətinə isə debütant "Lester" düşüb.
Çempionlar Liqası
1/4 final mərhələsi
"Atletiko" (İspaniya) - "Lester" (İngiltərə)
"Borussiya" (Dortmund, Almaniya) - "Monako" (Fransa)
"Bavariya" (Almaniya) - "Real Madrid" (İspaniya)
"Yuventus" (İtaliya) - "Barselona" (İspaniya)
Qeyd edək ki, püşk nəticəsində adları birinci göstərilən komandalar ilk oyunlarını evdə keçirəcəklər. 1/4 final mərhələsinin ilk matçları 11 - 12, cavab qarşılaşmaları isə 18 -1 9 aprel tarixlərində keçiriləcək.