
"Qarabağ" komandasının azarkeşləri Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində "Kəpəz"lə ev oyununda Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 24 illiyini yad ediblər.
Sportnet.az-ın məlumatına görə, fanatlar üzərində "Bu aprel bizi Kəlbəcərə aparsın" plakatı açıblar.
Qeyd edək ki, 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri Kəlbəcəri işğal edib. 70 min nəfərdən çox əhalisi olan Kəlbəcərin işğalı nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb