Azərbaycan Kubokunun finalçıları müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, "Qəbələ” komandası tarixində ikinci dəfə həlledici görüşə vəsiqə qazanıb. Ukraynalı Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv buna yarımfinal mərhələsinin cavab matçında "İnter”i məğlub etməklə nail olub. Paytaxtda baş tutan görüşdə rəqibini 3:1 hesabı ilə üstələyən "qırmızı-qaralar” Qəbələdəki dueldə 2 cavabsız qolla qalib gəliblər.
"Qəbələ” klubu ilk dəfə 2013/2014 mövsümündə Azərbaycan Kubokunun finalına çıxıb və penalti seriyasında "Neftçi”yə 2:3 hesabı ilə uduzub.
"Qırmızı-qaralar” həlledici görüşdə "Qarabağ”la qarşılaşacaqlar.
Ağdam təmsilçisi son iki mövsümdə Azərbaycan kubokunun finalında məğlub etdiyi "Neftçi”ni bu dəfə yarımfinalda mübarizədən kənarlaşdırıb. Martın 30-da baş tutan ilk oyunda "ağ-qaralar”ı 2:0 hesabı ilə üstələyən "Qarabağ” cavab matçında heç-heçə etməklə, tarixində 8-ci dəfə finala çıxıb.
Qeyd edək ki, Azərbaycan kubokunun finalı mayın 5-də Naxçıvanda baş tutacaq.
Azərbaycan kuboku
Yarımfinal, cavab oyunları
5 aprel (çərşənbə)
16:30 "Qəbələ” – "İnter” - 2:0
Qollar: Daniel Subotic, 11. Baqali Dabo, 32
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Nahid Əliyev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu
İlk oyun - 3:1
19:30 "Qarabağ” – "Neftçi” - 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Xaqani Məmmədov
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun – 2:0