1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
10-cu “5+”
Topaz Premyer Liqasının III turunun "İnter” – "Sumqayıt” oyunu 2014/15 mövsümünün ən məhsuldar qarşılaşması olub. Sportnet.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, arxada qalan 12 matçda ilk dəfə 6 qol qeydə alınıb.
"İnter” isə mövsümün 5 qol vuran ilk komandasıdır. Bakılılar Azərbaycan çempionatları tarixində 10-cu dəfə bir oyunda 5 və ya daha çox qol vurub. Paytaxt təmsilçisi 1 dəfə 8, 1 dəfə 7, 1 dəfə 6, 7 dəfə 5 qol vurmağı bacarıb. Bakılılar sonuncu belə uğurunu 364 gün əvvəl gerçəkləşdirib. 2013-cü il avqustun 25-də "İnter” "Rəvan”ı da 5:1 hesabı ilə məğlub edib. "Sumqayıt” isə Premyer Liqada 5-ci dəfə 5 və ya daha çox top buraxıb.