1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Daniel Seqoviya: “Məğlub olmuşuq, sevinəsi deyiləm ki” - MÜSAHİBƏ
"Neftçi” komandasının ispaniyalı hücumçusu Daniel Seqoviya Azərbaycan kubokunun cavab yarımfinal matçında "Qarabağ”la qolsuz heç-heçədən sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir.
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Oyuna yaxşı hazırlaşmışdıq. Topu özümüzdə saxlayıb, kəsərli hücumlar yaratmağa çalışırdıq. Lakin rəqib buna imkan vermirdi. Çox cəhd etsək də, "Qarabağ”ın qapısı önündə 100 faizlik qol vəziyyəti yarada bilmədik. Bircə epizod oldu, hansı ki qayından topu qapıya vura bilmədim.
- Həmin zərbə qol olsaydı çox şey dəyişə bilərdi?
- Gəlin, belə şeyləri fikirləşməyək. Ona qalsaydı, elə ilk oyunda udardıq, cavab matçı fərqli olardı. Evdə uduzduq. Demək olar ki, kuboku öz əlimizlə verdik.
- Adətən müsahibə verən zaman sakit olursunuz. Bu gün emosional danışmağınızın səbəbi nədir?
- Məğlub olmuşuq, sevinəsi deyiləm ki... Oyunum da istədiyim kimi alınmadı. "Qara zolağ”a düşmüşük, 3 oyundu qalib gələ bilmirik. Çempionatda 4 matçımız qalıb, 100 faizlik nəticə verməliyik.
- İlk oyunda 0:2 hesabı ilə uduzduğunu üçün bu gün daha çox hücum edəcəyinizi düşünürdük. Ancaq elə epizodlar oldu ki, "Qarabağ”ın 1 futbolçusunun yanında "Neftçi”nin 4 oyunçusu dayanmışdı. Komandanız cavab oyununa taleyi ilə barışıb çıxmışdı?
- Xeyr, ilk matçdakı nəticə ilə barışmamışdıq. Oyuna yaxşı hazırlaşmışdıq. Məşqçimizin seçdiyi taktika bu idi. Meydana məsələn, 8 hücumçu ilə çıxmaq nəticə ilə barışmamaq demək deyil. Sadəcə olaraq, rəqib bizə imkan vermədi.
- "Neftçi” avrokuboka gedən əsas yolda büdrədi. Çempionatda 4-cü yerə ümid etmək olar?
- Futbolu öncədən demək olmur. Hər oyuna qalib gəlmək üçün çıxırıq. Bütün klubların qarşısına maksimum hədəf qoyulur. Məsələn, "Real Madrid” kuboku qazana bilmirsə, bu o demək deyil ki, oyuna yaxşı hazırlaşmır. Növbəti 4 görüşdə qələbə qazanmağa çalışacağıq.