1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qvardiolanın ümidi Putinlə Trampa qalıb
İngiltərənin "Mançester Siti” futbol komandasının baş məşqçisi Xosep Qvardiola Rusiya prezidenti Vladimir Putinin, ABŞ rəhbəri Donald Trampın və Çin sədri Si Szinpinin dünyada baş verənlərə dair çıxış yolu tapacaqlarına ümid edir.
Sportnet.az-ın məlumatına görə, 46 yaşlı ispaniyalı mütəxəssis bunu "Marca”ya açıqlamsında bildirib.
Aprelin 11-də Almaniyanın Dortmund şəhərində baş verən partlayışalrı qınayan X.Qvardiola, insanların qorxusuz dünyada yaşamalı olduqlarını söyləyib. O, böyük dövlətlərin ortaq məxrəcə gəlməli olduqlarını qeyd edib: "Dünyada yaşananlardan bir az qorxuram. Suriyada baş verənlər... Ümid edirəm ki, ABŞ, Rusiya və Çin prezidentləri məsələyə müdaxilə edəcəklər və bu vəziyyətdən çıxış yolu tapacaq. Bu olmasa, məlum deyil, nə olacaq. Qorxu olmadan yaşamağı davam etdirmək lazımdır".
Qeyd edək ki, aprelin 11-də Çempionlar Liqasının 1/4 final mərhələsinin "Borussiya" - "Monako" görüşü ərəfəsində Dortmund təmsilçisinin avtobusu qarşısında ümumilikdə 3 partlayış törədilib. Nəticədə meydan sahiblərinin ispaniyalı futbolçusu Mark Bartranın əli sınıb.