Azərbaycan Premyer Liqasının XXVI turu çərçivəsində keçirilən "Sumqayıt" - "Zirə" görüşünü izləyənlər arasında yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının üzvü Rəsul Çunayev də var.
Sportnet.az-ın məlumatına görə, dünya çempionunun Sumqayıta təşrif buyurması heç də təsadüfi deyil. Meydan sahiblərinin heyətdində "11-lik"də yer alan Fərhad Qıstarov onun qohumudur.
Qeyd edək ki, Rəsul Çunayev həm də "Bakı 2015" I Avropa Oyunlarının qalibidir.