"Qəbələ” komandasının baş məşqçisi Roman Qriqorçuk futbol üzrə Latviya milli komandasını çalışdırmaqdan imtina edib.
Sportnet.az-ın LSM nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə Latviya Futbol Federasiyasının baş katibi Yanis Mejetskis bildirib.
Onun sözlərinə görə, 52 yaşlı ukraynalı mütəxəssis klubda çalışmağın onun üçün daha rahat olduğunu əsas gətirərək, təklifi geri çevirib.
Bundan sonra komanda Aleksandr Starkova tapşırılıb.
Qeyd edək ki, Roman Qriqorçuk məşqçilik karyerasına Latviyada başlayıb. O, "Dinaburq” (1998-2005) və "Ventspilis” (2005-2009) komandalarına rəhbərlik edib. Ukraynalı mütəxəssis 2015-ci ilin yanvarından "Qəbələ”də çalışır.