Azərbaycan Premyer Liqasının XXVII turunun "Qəbələ” – "İnter” görüşünün tarixi dəyişdirilib.
Sportnet.az xəbər verir ki, Peşəkar Futbol Liqası matçın əvvəlcədən nəzərdə tutulduğu kimi 23 apreldə deyil, 24 apreldə keçirilməsinə qərar verib. Görüşün start fiti 24 aprel saat 14:30-da veriləcək və qarşılaşma "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Oyunun tarixinin dəyişdirlməsinə səbəb "Qəbələ” və "İnter” klublarının mükafatçılar sırasında olmasıdır. Bu görüşün nəticəsindən asılı olaraq, komandalara medallar təqdim oluna bilər.
Azərbaycan Premyer Liqasının 2016/2017-ci illər mövsümünün qalibi olan "Qarabağ” klubuna da çempionluq kuboku və qızıl medallar XXVII turda veriləcək. Ağdam təmsilçisi mükafatlarına doğma meydanı olan "Azersun Arena”da keçiriləcək "Sumqayıt”la görüşdən sonra qovuşacaq.