
"Neftçi"nin azarkeş qrupları Azərbaycan Premyer Liqasının sonuncu turunda "Qarabağ"la görüşü boykot ediblər.
Sportnet.az-ın məlumatına görə, görüşü yalnız Ağdam təmsilçisinin fan-klubları tribunadan izləyirlər.
Qeyd edək ki, ötən tur "Zirə" - "Neftçi" matçında azarkeşlərlə bağlı insident olduğu üçün "aq-qaralar"ın fanatları tribunanı tərk etmişdilər. Bugünkü boykot da bununla bağlıdır.