1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Sumqayıt"ın bombardiri Qriqorçuka cavab verdi
"Bir tərəfdən sevindirici haldır ki, "Qəbələ"ni udduq. Amma digər tərəfdən üzülürük ki, bu qələbənin bizim üçün heç bir əhəmiyyəti olmadı. Yəni, çempionatı 6-cı pillədə başa vurduq".
Bunu Sportnet.az-a açıqlamasında "Sumqayıt"ın futbolçusu Mirabdulla Abbasov "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçını dəyərləndirərkən deyib. Komandasının ikinci topunu vuran 22 yaşlı oyunçu aktivindəki qolların sayını 8-ə çatdırıb. O, bu qədər qolu hücumçu üçün normal sayaraq, "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun "11 qolla bombardirlik gülməli göstəricidir" fikirlərinə də münasibət bildirib: "Məncə, 8 qol mənim üçün normaldır. Amma qoy, azarkeşlər qərar versinlər. Qriqorçukun fikirlərinə gəlincə, nəzərə almaq lazımdır ki, "Qəbələ" bu mövsüm çempionatda 48 qol vurub, "Sumqayıt" isə 28".
Gənc forvard müqavilə üzrə məxsus olduğu "Neftçi"yə qayıtma ehtimallarına da toxunub: "Gələn mövsüm "Neftçi"də oynayacağım dəqiq deyil. Düzdür, müqavilə ilə bu kluba məxsus olduğum üçün yəqin ki, sərəncamlarına qayıdası olacağam. Hələ ki, elə deyirlər. Amma özləri ilə danışacağam. Oynamasam, qayıtmaq istəmirəm".
Abbasov 8 komandalı çempionatı 7-ci pillədə başa vuran "Neftçi"nin hazırkı durumu barədə danışmaq istəməyib: "Heç nə deyə bilmərəm. Axı nə deyim?".
Qeyd edək ki, Mirabdulla Abbasov "Sumqayıt"ın ən məhsuldar oyunçusu olub.