İtaliyanın "Roma" klubunun futbolçusu Françesko Totti yayda karyerasını bitirəcək. Sportnet.az-ın "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, 40 yaşlı kapitan klubun idman direktoru olacaq.
Totti yetirməsi olduğu komandada 1993-cü ildən çıxış edir. O, 782 oyuna 306 qol vurub və 123 məhsuldar ötürmə verib. Kapitan "Roma"da sonuncu oyununu mayın 28-də "Cenoa"ya qarşı keçirəcək. Totti 2001-ci ildə İtaliya çempionu, habelə, 2 dəfə ölkə kubokunun qalibi olub. İtaliya yığmasında isə o, 2006-cı ildə dünya çempionu, 2000-ci ildə Avropa çempionatının gümüş mükafatçısı adını qazanıb. İtaliyalı pleymeyker 2007-ci ildə "Qızıl buts" mükafatına sahib çıxıb.