Növbəti mövsüm transfer çalışmalarını davam etdirən "Qarabağ" klubu iki futbolçusu ilə müqaviləni yeniləyib.
Sportnet.az-ın məlumatına görə, Qara Qarayevlə daha 2 il müddəni anlaşma əldə olunub. Qarayev yeni anlaşma ilə bağlı fikirlərini klubun rəsmi saytına bölüşüb: "Daha iki il "Qarabağ"ın bir parçası olmaq mənim üçün qürurvericidir. Nə qədər gücüm var, bu komandanın, bu camiənin xidmətində olmağa çalışacağam. Klub rəhbərliyi və məşqçilər heyətinə də təşəkkürümü bildirirəm ki, məni yenidən komandada görmək istəyirlər. Bu da məni çox sevindirir. Növbəti illərdə də "Qarabağ"ın uğurları üçün əlimdən gələni edəcəyəm".
Qeyd edək ki, Qara Qarayev "Qarabağ"ın yetirməsi və Azərbaycan millisinin üzvüdür.