"Simurq"
klubunun əvəzedici heyətinin üç futbolçusu "Kəpəz”ə keçib. Sportnet.az-ın
məlumatına görə, bunlar Sərxan Allahverdiyev, Sərxan Müslümov və Kamran Həsənzadədir.
Hər
üç futbolçu 2014-cü ilin sonuna qədər icarə əsasında Gəncə təmsilçisinin formasını
geyinəcək. Onlar "Simurq” klubunun "Uşaq
futbol məktəbi”nin yetirmələridir.
Qeyd edək ki, indiyə qədər bu futbolçular U-19 liqasında "Simurq”un uğurları üçün çalışırdılar.