"Qarabağ"ın 11 yaşadək futbolçulardan ibarət komandası Gürcüstanın paytaxtı Tbilisidə Nodar Axalkatsinin xatirə turnirində ilk 2 oyununu qələbə ilə başa vurub.
Sportnet.az-ın məlumatına görə, Ağdam təmsilçisi əvvəlcə yerli "İveriya" klubunu 4:1 hesabı ilə məğlub edib. Növbəti oyunda isə Gürcüstanın daha bir komandası - "Olimpik" məğlub edilib - 3:1.